reklam
Türkiyəli futbolçu İtaliyada tarix yazdı
Sportfm.az xəbər saytı

Türkiyəli futbolçu İtaliyada tarix yazdı


İtaliya A seriyasının 5-ci turunda keçirilmiş “Torino” – “Leççe” oyunu meydan sahiblərinin türkiyəli yarımmüdafiəçisi Emirhan İlkhan üçün əlamətdar olub.

Sportfm.az xəbər verir ki, o, Turin klubunun tarixində start heyətdə meydana çıxan ən gənc (18 yaş, 96 gün) futbolçu olub.  

“Leççe” ilə matçın 64-cü dəqiqəsində əvəzlənən yarımmüdafiəçi 1:0 hesablı qələbəyə sevinib. O, daha öncə 1-ci turun “Monza” ilə səfər matçının 90-cı dəqiqəsində meydana çıxmaqla yeni komandasında debüt imkanı əldə etmişdi. 
Xatırladaq ki, “Torino” Emirhanı bu yay yetirməsi olduğu “Beşiktaş”dan 4.5 milyon avroya transfer edib.

 

Oxşar xəbərlər

Muradov “100”ə çatdı
Premyer Liqamızda oynamış ən gənc futbolçu oldu
17 yaşlı futbolçu Türkiyə millisində
“Sabah”ın futbolçuları üçün əlamətdar oyun
100 milyonluq futbolçu dünyanın 1 nömrəli matçında meydanda olmayacaq!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər