Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Sabah”dan gözəl addım -VİDEO
Həftə sonu Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Sabah" "Səbail"i qəbul edəcək.
Sportfm.az xəbər verir ki, "Sabah" "Bank Respublika Arena"da keçiriləcək oyuna yerli sakinlərdə maraq yaratmaq üçün Xırdalan şəhərinin və Masazır qəsəbəsinin müxtəlif yerlərində matçla bağlı afişalar asıb.
Bundan əlavə, sakinlərə klubun atributları paylanaraq, bazar günü baş tutacaq oyuna dəvət ediliblər.
Klub bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb. Videonun sonunda "hamınızı stadiona gözləyirik" çağırışı ilə bütün futbol həvəskarları oyuna səslənib.
Sentyabrın 4-də "Bank Respublika Arena"da baş tutacaq "Sabah" - "Səbail" oyununa saat 18:00-da start veriləcək.
Oxşar xəbərlər
“Sabah” – “Neftçi” matçının biletləri satışda - Misli Premyer Liqası
“Sabah”ın oyununun biletləri satışa çıxarıldı
“Sabah” – “Qarabağ” matçının biletləri satışda - Misli Premyer Liqası
"Sabah"ın qış hazırlıq planı məlum oldu - Premyer Liqa
“Sabah” “Səbail” ilə qarşı-qarşıya - Yoxlama oyunu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası