Azərbaycan klubları səfərə çıxmayacaq -Avrokubok oyunları üçün
Azərbaycan klublarının voleybol üzrə avrokuboklarda keçirəcəyi oyunların vaxtı dəqiqləşib.
Sportfm.az xəbər verir ki, 2022/23 mövsümündə Azərbaycanı təmsil edəcək “Murov” və “Azərreyl” ilk rəqibləri ilə hər iki qarşılaşmanı Bakıda keçirəcək.
Kişilər arasında Azərbaycan çempionu “Murov” Çelenc kubokunun 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə üz-üzə gələcək. Hər iki oyun Bakı İdman Sarayında baş tutacaq. Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün isə təmsilçimiz meydan sahibi sayılacaq. Hər iki matç saat 18:00-da başlayacaq.
Çelenc kubokunda qüvvəsini sınayacaq qadınlardan ibarət “Azərreyl” klubu da mübarizəyə 1/32 finaldan başlayacaq. Təmsilçimiz Slovakiyanın “Slovan” klubu ilə görüşəcək. Noyabrın 29-da və 30-dakı oyunlar da Bakı İdman Sarayında təşkil olunacaq. Hər iki görüş saat 18:00-da başlayacaq. İlk qarşılaşmada rəqib, cavab görüşündə vitse-çempion meydan sahibi olacaq.
Oxşar xəbərlər
“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri bilindi - Çağırış Kuboku
“Azərreyl”in avrokubok üçün heyəti açıqlandı - SİYAHI
Murov” cavab oyununa çıxacaq - Çağırış kuboku
“Murov” Polşaya yola düşdü - Çağırış kuboku
Bakı klubu cütün qalibi ilə qarşılaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Əzmkar komandaya qarşı oynayacağıq" - Ayxan Abbasov
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı
-
“Qarabağ” “Zirə”yə qarşı - Yoxlama oyunu
-
"Mingəçevir Reqatası-2026" beynəlxalq turniri başa çatdı
-
Azərbaycan millisinin Avropa çempionatındakı məlum oldu















Misli Premyer Liqası