"Kəpəz" Yaşar Vahabzadəni istefaya göndərdi -RƏSMİ
"Kəpəz" baş məşqçisi Yaşar Vahabzadə ilə müqaviləyə xitam verib.
Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaşar Vahabzadə ilə yanaşı onun köməkçiləri də komandadan göndərilib.
Gəncə təmsilçisinin açıqlamasında bildirilib: "Klubumuzun rəhbərliyi əsas komandanın baş məşqçisi Yaşar Vahabzadə ilə görüşüb. Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilər ilə müqaviləyə xitam verilib".
Yaşar Vahabzadə 2019-cu ildən "Kəpəz"i çalışdırırdı.
Qeyd edək ki, "Kəpəz" bu mövsüm Premyer Liqada keçirdiyi 4 oyunun hamısında uduzub və komanda sonuncu - 10-cu pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Kəpəz" Yaşar Vahabzadə ilə davam edəcək - Daha 1 il
"Kəpəz" Yaşar Vahabzadə ilə davam edəcək - 1 illik müqavilə
Yaşar Vahabzadə Gəncədə qalır
Yaşar Vahabzadə yenidən məşqçi kimi çalışacaq - özü də Gəncədə
Yaşar Vahabzadə qovuldu!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası