Azərbaycan 58 medalla 4-cü pillədədir -İslamiada
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 10-cu yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 58-ə yüksəlib.
Sportfm.az xəbər verir ki, medallardan 18-i qızıl, 22-i gümüş, 18-i bürünc əyarlıdır.
Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədə qərarlaşıb.
İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 209 (79 qızıl, 73 gümüş, 57 bürünc), İran 94 (32 qızıl, 24 gümüş, 38 bürünc) və Özbəkistan 86 (27 qızıl, 24 gümüş, 35 bürünc) medalla qərarlaşıb.
İndiyədək ümumilikdə 56 ölkədən 42-si medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 11 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), aerobika (2 qızıl, 3 gümüş), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), qılıncoynatma (1 gümüş, 2 bürünc), həndbol (1 gümüş), üzgüçülük (1 gümüş) ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.
Oxşar xəbərlər
Azərbaycan 89 medalla 4-cüdür - İslamiada
Azərbaycan medalların sayını 68-ə yüksəltdi - İslamiada
Azərbaycan 4-cü pillədə - İslamiada
İslamiada: Azərbaycan neçəncidir?
Medal sıralamasında 4-cü pilləyə yüksəldik - İslamiada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası