reklam
Stadionun direktoru tüstünü görməzdən gəlir -
Sportfm.az xəbər saytı

Stadionun direktoru tüstünü görməzdən gəlir -Oynaya bilmirlər


"Restoranlarda tüstüboğan cihazların quraşdırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birbaşa vəzifə borcudur".

Sportfm.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Endre Botkanın "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu zamanı mərkəzi arenada tüstü olması barədə fikirlərinə münasibət bildirərkən deyib.

O, beynəlxalq tədbirlər vaxtı sərinləşdirici içki satışı ilə məşğul olan obyekt istisna olmaqla, stadionda heç bir kafe və restoranın, hər hansı iaşə obyektinin fəaliyyət göstərmədiyini söyləyib: "Ətraf obyektlərin isə stadiona heç bir aidiyyatı olmadığından, onların işinə hər hansı müdaxiləyə ixtiyarımız yoxdur. Onlarla Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul ola bilər. Gəlsinlər, hansında tüstüboğan cihazlar yoxdursa, quraşdırsınlar, müvafiq tədbirləri görsünlər".

Stadion direktoru oyun vaxtı heç bir iy və tüstünün hiss olunmadığını əlavə edib: "Ona görə də futbolçunun açıqlamaları əsassızdır. Oynaya bilmirlərsə, kabab iyinin boynuna yıxmasınlar. Həmin gün xeyli isti var idi. Belə hava, əlbəttə, boğucu olar".

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb. Cavab matçı avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdəki "Groupama Arena"da olacaq.

Oxşar xəbərlər

"Qarabağ" "Ferentsvaroş"a qarşı - Çempionlar Liqası
"10 gün vaxt verilsə, ot örtüyü özünə gələcək" - Stadionun direktoru
“Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçiriləcək
Yoxa çıxan alpinistlərlə bağlı açıqlama
"Qarabağ" - PAOK oyunu hansı stadionda keçiriləcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər