Millimiz yarımfinalda uduzdu -Avropa çempionatı
San Marinoda təşkil olunmuş 18 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal görüşləri keçirilib.
Sportfm.az xəbər verir ki, B qrupunun lideri kimi dörd ən güclü kollektiv sırasına yüksələn Azərbaycan millisi həlledici görüşə vəsiqə uğrunda A qrupunda ikinci yeri tutan Albaniya ilə üz-üzə gəlib.
Təəssüf ki, komandamız əvvəlki oyunlardakı uğurun davamını bu görüşdə gətirə bilməyib. Basketbolçularımız meydanı 56:76 hesablı məğlubiyyətlə tərk ediblər.
Digər yarımfinal qarşılaşmasında isə Monako və Lüksemburq komandaları münasibətlərinə aydınlıq gətirib. Monako komandası bu oyunda 80:65 hesabıyla qalib gəlib.
Beləliklə, iyulun 31-də baş tutacaq final görüşündə Monako və Albaniya yığmaları üz-üzə gələcək. Azərbaycan millisi isə üçüncü yer uğrunda görüşdə Lüksemburqu sınağa çəkəcək.
Oxşar xəbərlər
Millimiz Ermənistana qalib gəldi - Avropa çempionatı
Millimiz ermənilərlə üz-üzə
Basketbolçularımız qələbə ilə başladı
Millimiz Andorraya yollanacaq
Azərbaycan millisi Avropa çempionudu!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" bölgə klubuna uduzdu - Yoxlama oyunu
-
Nəriman ABŞ-dan geri döndü - Türkiyədə oynayacaq
-
"Kəpəz" yeni transferini açıqladı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Avrokuboklarda sarı vərəqə qaydasını dəyişdi - QƏRAR
-
Torresdən transfer açıqlaması - "Hər cür ssenariyə hazır olmalıyam"















Misli Premyer Liqası