reklam
Finlandiya önümüzdə aciz qaldı
Sportfm.az xəbər saytı

Finlandiya önümüzdə aciz qaldı


Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

Sportfm.az xəbər verir ki, yığma II turda Finlandiya seçməsindən güclü olub.

Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərinə qalib gəlib. Hazırda Ülviyyə Fətəliyevanın görüşü davam edir. 26 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.

Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini 4:0 hesabı ilə üstələyib.

Finlandiya – Azərbaycan - 0:3

Anastasiya Nazarova – Günay Məmmədzadə - 0:1

Yoanna Paasikanqas – Xanım Balacayeva - 0:1

Tanya Tuominen – Gülnar Məmmədova - 0:1

Sarabella Norlamo – Ülviyyə Fətəliyeva

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

 

Oxşar xəbərlər

Qadın şahmatçılarımızdan olimpiadada möhtəşəm qələbə...
Növbəti qələbə
Azərbaycan Finlandiyaya qarşı - Şahmat Olimpiadası
Millimiz toplanışa başladı
Şahmatçılarımız Batumidə Gürcüstanı məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər