Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizdən uğursuz çıxış -6-cı oldular
Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, son yarış günündə Anna Basta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət Azərbaycan milli komandası yarımfinala vəsiqə uğrunda Fransa ilə qarşılaşıb.
Rəqibinə 25:45 hesabı ilə məğlub olan Azərbaycan yığması 5-8-ci yerlər uğrunda ABŞ seçməsi ilə üz-üzə gəlib. Milli komanda rəqibini 45:37 hesabı ilə məğlub etsə də, növbəti qarşılaşmada Almaniya ilə bacarmayıb (41:45) və ümumi sıralamada 6-cı olub.
Daha əvvəl Anna Badta qadın sablyaçıların şəxsi yarışında dünya çempionatının gümüş medalını qazanıb.
Oxşar xəbərlər
Yığmamız 8-ci oldu
Millimiz Fransa ilə üz-üzə - Dünya Çempionatı
İdmançılarımız Dünya Çempionatında
İdmançımız Avropa çempionu oldu - UĞUR
Qılıncoynatma üzrə dünya çempionatına start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














.png)
Misli Premyer Liqası