reklam
Sportfm.az xəbər saytı

"Öz şərəfini bütün tutullardan və adlardan üstün tutan adam..."Böyük Zizunın 50 yaşı tamam olur...


"Zidan ən vacib məqamlarda məsuliyyəti öz üzərinə götürməyi bacarıb"
 
Zənnimcə, Zinəddin Zidan, futbol tarixində Peledən və Maradonadan sonra üçüncü ən böyük oyunçudur.
 
Sportfm.az xəbər verir ki, bu barədə "9-cu kanal" saytı yazıb.
 
Nə Messi, nə Ronaldu, nə Kroyf, nə Platini. Məhz Zinəddin Zidan!
 
Şərəfi bütün titullardan və adlardan üstün tutan adam.
 
Mən Zidanı ona görə belə yüksək tuturam ki, o, təkbaşına ölkə üçün "qızıl" əldə edib. Təkbaşına şərti olaraq deyirəm, amma məhz Zidan və məhz ən vacib məqamlarda məsuliyyəti öz üzərinə götürüb. Və məsələni həll edib. Bu mənada onun kimi yalnız Maradona olub.
 
Hətta futbol "kralı" belə dünya çempionatlarının final turnirlərində fransız və argentinalı kimi məsələni təkbaşına həll etməyib.
 
Pelenin hər üç qalibiyyət turnirlərində görkəmli tərəfdaşları olub, hər biri də özü kimi brillianta bənzəyib-Didi, Qarrinça, Vava, Zaqalo, Tostao, Jaorzinyo, Qerson.
 
Maradona və Zizu daha az görkəmli kadrları olan komandalarda qəhrəmanlıq göstərib. Və heç vaxt məsuliyyətdən qaçmayıb.
 
Zidan haqqında saatlarla danışa bilərəm. Onun texnikası, meydançançı görmək bacarığı barədə deyə bilərəm. Deyəsən, onun da kürəyində həkimlər Pele haqqında dedilkəri kimi üçüncü gözü var.
 
Amma Kayzerdən, Frans Bekkenbaurdən yaxşı deyə bilməyəcəyəm:
 
 "Top onun ayaqları altında heyrətdən donub qalır".
 
Necə də gözəl deyilib! Əsrlər sonra da deyiləcək: top heyrətdən donub qalır! Frans, Siz ki, şairsiniz!!!
 
Zidan Peleni də, Maradonanı da futboldan sonrakı həyatda ötüb keçib. Dahi məşq etdirməməlidir. Bunu Pele vaxtında anlayıb, bunu Diyeqo Armando anlaya bilməyib.
 
Amma Zidan burada da parlayıb.
Çempionlar liqasında üç dəfə dalbadal qələbə qazanmaq-bunu yaxın əsrlərdə çətin ki, kimsə təkrarlaya bilsin.
 
Bu qələbələr futbolun mahiyyətinin dahiyanə anlaşılmasıdır.
 
Zidanın məşqçiliyi bir ayrı aləmdir. Uğrunda ölümə getməyə hazır olan insan, bunu hələ bacarmaq lazımdır!
 
Bizləri bundan sonra da sevindirin, müsyö dahimiz!
 
50 yaşda hələ hər şey yenicə başlayır...
 
Müəllif: İqor Litvak, jurnalist, saytın redaktoru

Oxşar xəbərlər

Zidan Madrid klubunun tarixinə düşdü
Zidan “Real”ı niyə tərk etmişdi? - Səbəbini açıqladı
Zidan "Real"dan getdi!
Zidan ikinci dəfə ilin ən yaxşı məşqçisi seçildi
Zidan: "Real" heç vaxt uduzmamalıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər