Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Emreli "Dinamo"nun məşqlərinə qoşuldu
Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına qoşulub.
Sportfm.az xəbər verir ki, 25 yaşlı hücumçu təlim-məşq toplanışının əsas mərhələsi üçün bu gün komanda ilə birlikdə Sloveniyaya yollanıb.
Son ölkə çempionu hazırlıq çərçivəsində 2 yoxlama matçı keçirəcək. Rəqiblər Şimali Makedoniyanın "Şkendiya" klubu və yerli Trnava "Spartak"ıdır. Qarşılaşmalar müvafiq olaraq, iyunun 26-da və iyulun 1-də baş tutacaq.
Qeyd edək ki, Mahir Emreli Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı oyunlarında iştirak etdiyi üçün "Dinamo"nun toplanışına gec qatılıb.
Oxşar xəbərlər
Mahir Emreli kubok matçında qol vurdu
Emreli növbəti dəfə zədələndi
Mahir qol vurdu, "Dinamo" qalib gəldi - Yoxlama görüşü
Emrelinin komandası qələbə qazandı - Yoxlama görüşü
Mahir məşqlərə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası