reklam
43 yaşlı futbolçu Rusiya Premyer Liqasında
Sportfm.az xəbər saytı

43 yaşlı futbolçu Rusiya Premyer Liqasında


Rusiyanın "Lokomotiv" klubu 43 yaşlı Dmitri Loskovu rəsmi yarışlarda futbolçu kimi iştirak etməsi üçün sifariş edib.
 
Sportfm.az xəbər verir ki, qocaman yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə bağlanılıb.
 
Loskov 10 nömrəli forma ilə çıxış edəcək. O, komandanın 70 yaşlı baş məşqçisi, 2013-2014 mövsümündə "Qəbələ"yə rəhbərlik etmiş Yuri Syominin rəhbərliyi altında yenidən oynayacaq.
 
Qeyd edək ki, Dmitri Loskov ilk dəfə "Lokomotiv"ə 1996-cı ildə keçib. O, 2 dəfə Rusiya çempionluğu, 3 dəfə ölkə kuboku, 2 Superkubok və çoxsaylı fərdi mükafatlar qazanıb. Loskov "dəmiryolçular"ın heyətində 420 oyuna 128, Rusiya millisində isə 25 matçda 2 qol vurub. Təcrübəli futbolçu 2007-ci ildə tərk etdiyi kluba 2010-cu ildə qayıdıb və daha 3 il "qırmızı-yaşıl" forma geyinib. 2016-cı ildən Loskov "Lokomotiv"də məşqçi kimi çalışır.

Oxşar xəbərlər

14 ildən sonra yenidən Rusiya çempionu oldular - FOTO
"Qəbələ"nin futbolçusu "Əl-Əhli" klubuna keçdi
Rusiya Premyer Liqasında 43 yaşlı futbolçu meydana çıxacaq
Daniel Subotiç yenidən "Qəbələ"də
Yuri Syomin “Lokomotiv”ə qayıda bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər