MOK Qurban Qurbanova mükafat veriləcək
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının 2022-ci il üçün ədalətli oyun prinsiplərinə sadiq məşqçi mükafatını alacaq şəxsin adına aydınlıq gəlib
Sportfm.az xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu barədə bildirib. O, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə ev oyununda feyr-pley jesti etdiyini xatırladıb və mükafatın ona veriləcəyini deyib: "Artıq bunu əminliklə deyə bilərəm. Qurban Qurbanov "Marsel"lə oyunda möhtəşəm feyr-pley jesti etmişdi".
Xatırladaq ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv olunmuşdu.
Oxşar xəbərlər
Qurban Qurbanov Beynəlxalq Feyr-pley mükafatını alıb - FOTO
Qurban Qurbanov beynəlxalq mükafata layiq görüldü
Azərbaycanlı məşçiyə daha bir mükafat
Qurban Qurbanova feyr-pley mükafatı verildi - FOTO
Qurban Qurbanov və Elnurə Məmmədova mükafatlandırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası