FIFA prezidenti “Qarabağ”ı təbrik etdi -Çempionluğa görə
FIFA prezidenti Canni İnfantino “Qarabağ” futbol Klubunu Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünün qalibi olması münasibətilə təbrik edib.
Sportfm.az xəbər verir ki, bununla əlaqədar ali futbol qurumunun rəhbəri AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.
Məktubda deyilir: “Bütün komandanın gərgin əməyi, şövqü və fədakarlığı olmadan belə nəticə mümkün olmazdı. Bununla əlaqədar klubun hər bir üzvü böyük qürur hissi keçirə bilər. Zəhmət olmasa, mənim təbrikimi bu möhtəşəm zəfərin qazanılmasında pay sahibi olan hər kəsə çatdırın”.
“Fürsətdən istifadə edərək sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropada futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm. Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm”, - deyə C.İnfantino əlavə edib.
Oxşar xəbərlər
FİFA prezidenti "Qarabağ"ı təbrik etdi
FİFA-dan “Neftçi”yə təbrik - FOTO FOTO
FIFA prezidenti Rövnəq Abdullayevi təbrik etdi - FOTO
FIFA-dan "Qarabağ"a təbrik məktubu - FOTO
FİFA Azərbaycan çempionunu təbrik edti
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu komandalara texniki məğlubiyyət verildi
-
Yığmamız 5-ci səbətdə yer alacaq - AÇ-2028
-
“Qaradağ Lökbatan” “Şəki”ni böyük hesabla uddu - Azərbaycan Kuboku
-
"Antalyaspor" millimizlə oynayacaq
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku















Misli Premyer Liqası