"Bu Rusiya idmançılarının münaqişəsi deyil" -Çeferin
UEFA prezidenti Aleksandr Çeferin Rusiya komandalarının beynəlxalq turnirlərdən uzaqlaşdırılmaası barədə danışıb.
Sportfm.az xəbər verir ki, o, bu qərarlara görə məyus olduğunu bildirib:
"Vəziyyət ağırdır və biz başqa cür edə bilməzdik. Müəyyən mənada idmançılara, komandalara qarşı sanksiyalara görə ürəyim parçalanır. Çünki bu, onların münaqişəsi deyil. Onların buna görə əziyyət çəkməsi yaxşı deyil. Amma digər tərəfdən, belə bir dəhşətli vəziyyətdə biz kömək etməliyik. Bu çılğınlığa tez bir zamanda son qoymaq üçün üzərimizə düşəni etməliyik".
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib. Ona görə də bu ölkənin klubları 2022/23 mövsümü üçün avrokuboklardan kənarlaşdırılıb. Rusiya milli komandaları heç bir beynəlxalq turnirdə iştirak edə bilməyəcəklər.
Oxşar xəbərlər
"Rusiyanın komandaları tezliklə beynəlxalq arenada oynaya biləcəklər” - UEFA rəsmisi
Rusiya ilə bağlı qərar açıqlandı - Qüvvədə qalır
Rusiya Futbol İttifaqının şikayətinə baxılmadı
Futbol klubları bağlı müthiş iddia
Rusiya və Belarus təmsilçiləri boks turnirlərindən kənarlaşdırıldı - Qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası