"Zirə" "Neftçi"ni üstələyərək finala yüksəldi -Azərbaycan kuboku
Bu gün Azərbaycan Premyer Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, ilk olaraq "Qarabağ" "Qəbələ"ni qəbul edib.
Bu komandalar arasında ilk matçda Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlmişdi. Bugünkü matçda isə "Qarabağ" 5:0 hesablı qələbə ilə finala yüksəlib.
Günün son qarşılaşmasında "Zirə" "Neftçi"nin qonağı olub. Bu komandalar arasında ilk görüşdə qapılara qol vurulmamışdı. Bu matçda da qol olmayıb. Penaltilər seriyasında isə "Zirə" rəqibini üstələyərək (4:2) finala yüksəlib. Bu, "Zirə"nin tarixində ilk finalıdır.
Beləliklə, kubokun final matçında "Qarabağ" və "Zirə" qarşılaşacaq. Mayın 27-də keçiriləcək həlledici matçın məkanı hələlik açıqlanmayıb.
29 aprel (cümə)
20:30. “Neftçi” – “Zirə” - 0:0 (Penaltilər seriyası - 2:4)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
“Bakcell Arena”
İlk oyun - 0:0
Oxşar xəbərlər
"Neftçi" "Zirə"yə, "Qarabağ" "Qəbələ"yə qarşı - Azərbaycan Kuboku
"Qarabağ" finalda - Azərbaycan Kuboku
"Qarabağ" "Qəbələ"yə, "Neftçi" "Zirə"yə qarşı - Azərbaycan kuboku
“Neftçi” – “Zirə” matçı Ağayevə həvalə edildi - Azərbaycan Kuboku
“Qarabağ" “Sumqayıt”a, “Zirə” “Keşlə”yə qarşı - Azərbaycan Kuboku
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
-
"Onlar məni dünya çempionu etdilər" - Messi
-
Bu gün daha 3 qarşılaşma keçiriləcək - Azərbaycan kuboku
-
İki boksçumuz yarımfinalda - Avropa Çempionatı















Misli Premyer Liqası