Millimiz qrup lideri ilə üz-üzə gələcək -Dünya çempionatı
Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Sportfm.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda E qrupunda Danimarka seçməsinin qonağı olacaq.
Viborq şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Matçı Silvia Dominqosun rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadası idarə edəcək.
Danimarka 7 görüşdən sonra 21 xalla liderdir. 3 xala malik Azərbaycan yığması isə sonuncu - altıncı pillədə qərarlaşıb.
DÇ-2023, seçmə mərhələ
VIII tur
20:00. Danimarka – Azərbaycan
Baş hakim: Silvia Dominqos
Baş hakimin köməkçiləri: Olqa Almeyda, Kristina Moreyra Kosta
Dördüncü hakim: Filipa Pereyra Kunha
Viborq stadionu.
Oxşar xəbərlər
Azərbaycan millisinin seçmə mərhələ oyunları üçün heyəti - SİYAHI
Millimizin oyunlarının başlama vaxtı açıqlandı - DÇ-2023
Qadın futbolçularımız yenə uduzdu - bu dəfə Montenegroya
Millimiz Danimarkaya qarşı - DÇ-2023
Millimiz Rusiyaya qarşı - DÇ-2023
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Qarabağ” “Zirə”yə qarşı - Yoxlama oyunu
-
Azərbaycan millisi Moldovaya məğlub oldu - Yoxlama görüşü
-
İspanlar çexlərlə, ingilislər xorvatlarla qarşılaşacaq - Millətlər Liqası
-
“Qaradağ Lökbatan”la “Şəmkir”dən böyükhesablı qələbə
-
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu - Yoldaşlıq qarşılaşması
-
Azərbaycanlı hakimə UEFA-dan təyinat















Misli Premyer Liqası