reklam
Kamran Ağayev:
Sportfm.az xəbər saytı

Kamran Ağayev: "Müqaviləmi artırmaq istəmirəm"


Bu gün Portuqaliya çempionatında 22-ci turun oyunları keçiriləcək.
 
Sportfm.az xəbər verir ki, milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi "Boavişta" səfərdə "Feyrenşe" ilə qarşılaşacaq. "CBC Sport"a açıqlama verən millimizin qolkiperi bugünkü oyunda da meydana çıxmaq şansının az olduğunu deyib: "Oynayıb-oynamayacağımı bilmirəm. Hətta "18-liy”ə düşəcəyim də sual altındadır. Çünki ağrılarım var, normal məşq edə bilmirəm. Ona görə də bir müddət heyətdən kənarda qala bilərəm. Bir az toparlanmağım lazımdır. 

K.Ağayev hazırda qapıda dayanan Vaqner da Silvanı əvəzləyəcəyinin çətin olduğunu bildirən Ağayev yayda "Boavişta”nın ayrılacağına işarə vurub: "Yayda "Boavişta” ilə müqaviləm bitir. Təbii ki, müqaviləmi artırmaq istəmirəm. Oynamağım çox çətin olacaq. Bununla razılaşmaq istəmirəm. Mübarizə aparacam. Ancaq məlum məsələdir ki, ehtiyatda qalacam. Sırf oynamağıma görə də klubla müqaviləmi artırmaq fikrim yoxdur. Transfer pəncərəsi açıq olanda yaxşı komandalardan təkliflər var idi. Sadəcə, reallaşmadı. "Boavişta”dan ayrılmağımda problem yarandı. Klub transfer qiymətimi kifayət qədər çox qoymuşdu. Ona görə komandamı dəyişə bilmədim".

Oxşar xəbərlər

Emin Mahmudov Portuqaliyada debüt etdi
Kamran Ağayevin "Boavişta"sı "Sportinq"ə qarşı
Kamran Ağayevin etdiyi səhv komandasını uduzdurdu
Kamran Ağayev cəzalandırıldı
Kamran Ağayev qol buraxmadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər