“Neftçi” və MOİK qələbə qazandı -Yüksək Liqa
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 3-cü dövrənin növbəti oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, “Murov” voleybol klubunun idman zalında baş tutan çempionatın 13-cü turuna “Neftçi” – “Sərhədçi” matçı ilə start verilib. Pərviz Səmədovun komandası hər üç hissədə qalib gəlib- 3:0 (25:7, 25:18, 25:15).
Günün ikinci qarşılaşması “Ekspress” və MOİK komandaları arasında olub. Bu qarşılaşmada da qalib üç hissədə müəyyən olunub. MOİK voleybolçuları 3 xalı rəqibini 3:0 (25:14, 25:8, 25:21) hesabı ilə məğlub etməklə əldə edib.
Beləliklə, 13-cü turdan sonra “Neftçi” 28 xalla turnir cədvəlinə liderlik edir, bu turda istirahət edən “Murov”un 26, MOİK-in 18, “Ekspress”-in 6 var. “Sərhədçi” komandasının isə xalı yoxdur.
Oxşar xəbərlər
“Neftçi” rəqibindən gücsüz oldu
Lider növbəti qələbəsini qazandı - Yüksək Liqa
"Murov" mövsümü zirvədə bitirdi - Yüksək Liqa
"Sərhədçi" qələbə qazandı - Yüksək Liqa
"Neftçi" qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
-
"Qalatasaray" İngiltərə klubuna qarşı - Çempionlar Liqası
-
Millimizin sabiq futbolçusu “Yaşıl Top”da
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Səbail"də maliyyə krizisi - ÖZƏL















Misli Premyer Liqası