reklam
AVRO-2016-nın vitse-çempionu karyerasını başa vurdu -
Sportfm.az xəbər saytı

AVRO-2016-nın vitse-çempionu karyerasını başa vurdu -36 yaşında


Fransanın "Bordo" klubunun futbolçusu Loran Koselni karyerasını başa vurub.

Sportfm.az xəbər verir ki, 2016-cı il Avropa çempionatının gümüş mükafatçısı qərarını 36 yaşında ikən elan edib.

Koselni "Bordo"da 2019-cu ildən çıxış etməyə başlayıb. O, komandada son oyununu 2021-ci ilin dekabrında keçirib. Daha sonra müdafiəçi əsas komandadan kənarlaşdırılıb və əmək haqqından imtina etməklə, klubda vəzifə alıb.

Qeyd edək ki, Loran Koselni daha çox İngiltərə "Arsenal"ındakı çıxışları ilə tanınıb. O, 2010 - 2019-cu illərdə "topçular"ın şərəfini qoruyub. Koselni Fransa millisində 51 oyuna 1 qol vurub.

Oxşar xəbərlər

Dünya çempionu ola bilmədi, millidən getdi
"Arsenal"ın iki futbolçusu "Qarabağ"la matçda iştirak etməyəcək
Mundiala vəda etdi, karyerasını bitirdi
Londonda Münxen tamaşasının təkrarı - VİDEO
"Arsenal"ın yeni kapitanı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər