İlk oyunda qələbə qazandı -Prosineçki
Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Sloveniyanın "Olimpiya" komandasına qayıdıb.
Sportfm.az xəbər verir ki, 53 yaşlı mütəxəssis Lyublyana təmsilçisində qələbə ilə debüt edib. Onun rəhbərlik etdiyi kollektiv Xorvatiyanın II Divizion klubu "Rudeş"ə qalib gəlib - 2:0.
Prosineçki hər şeyin çox tez baş verdiyini bildirib: "Biz iki-üç günə razılıq əldə etdik. Sloveniyanın ən böyük klubunun yenidən zirvədə olması üçün hər şeyi edəcəyik. Komandanı xüsusən mənəvi cəhətdən qaldırmaq lazımdır. Bundan ötrü çoxillik köməkçilərim Qordan Tsipriç, Draqan Spasiç və qapıçılarla iş üzrə məşqçi Boban Baykoviçlə birlikdə çalışacağıq. 1,5 illik fasilədən sonra iş arzusu ilə alışıb-yanıram".
Sloveniya çempionatının sonuna 8 tur qalmış "Olimpiya" 3-cü yerdə gedir və lider "Maribor"dan 7 xal geri qalır.
Qeyd edək ki, Robert Prosineçki futbolçu kimi 2002/2003 mövsümündə "Olimpiya"nın formasını geyib və iki oyundan ibarət final mərhələsində vurduğu səfər qolu ilə (1:1, 2:2) komandaya Sloveniya Kubokunu qazandırıb. O, 2014 - 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.
Oxşar xəbərlər
Millimizin sabiq baş məşqçisi Türkiyə klubundan ayrıldı
Prosineçkinin Bosniya və Herseqovina millisindəki qazancı müəyyənləşdi
Prosineçki bu millini çalışdıracaq
"Prosineçkinin beyni kompüterdir"
Robert Prosineçki yenidən Super Liqada peyda ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası