reklam
Sportfm.az xəbər saytı

"Azərbaycandan nə gözləyəcəyimizi bilmirəm" -Müsahibə


Latviya millisi martın 25-də Küveyt və 29-da Azərbaycanla keçiriləcəyi yoxlama görüşləri üçün Maltaya yollanıb.
Sportfm.az xəbər verir ki, Latviya millisinin yarımmüdafiəçisi Kristers Tobers komandanın hazırlığı barədə yerli federasiyanın rəsmi saytına danışıb:
"Biz hələ ki, Küveyt və Azərbaycanla oyunlar haqda ətraflı danışmamışıq. Düzünü desəm, rəqiblərdən nə gözləyəcəyimizi bilmirəm. Çünki onların oyunlarına baxmamışam, hansı futbolçuları olduğunu bilmirəm. Amma biz həm Küveyt, həm də Azərbaycana qarşı ən yaxşı oyunumuzu göstərməliyik. Hər iki matçda qalib gəlmək istəyirik. Maltaya buna görə gəlmişik. Məşq etmək üçün əla meydançalar var. Qalanı isə bizdən asılıdı".

Oxşar xəbərlər

Millimiz Küveytə qalib gəldi - 5 cavabsız qolla
Millimiz yenə məğlub oldu
Millimiz Maltaya yola düşdü - Yoxlama görüşü üçün
Latviya millisinin Azərbaycanla oyun üçün heyəti - SİYAHI
"Qrup lideri olmasaq, dünyanın sonu olmayacaq" - Bernard Şalland

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər