"Neftçi"nin xəsis milyoner rəhbər şəxsi kimdir? -İddia
2015-ci ildən "Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvü olan Cəbrayıl Cəbrayılov haqda yeni iddialar yayılıb.
Sportfm.az xəbər verir ki, bu barədə növbəti informasiyanı dia.az tirajlayıb.
Saytın iddiasına görə, “Bentley”, «Cadillac” və «Chevrolet” kimi bahalı avtomobilləri ölkəmizə gətirib alverini quran, villaları yan-yana düzülən Mikayıl İsmayılov 2019-cu ildə vergi yoxlaması nəticəsində fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilərək şirkətin təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən, bu ilin iyul ayında isə vitse-prezident vəzifəsindən kənarlaşdırılsa da, onun korrupsiya ortağı Cəbrayıl Cəbrayılov postunda saxlanıldı.
Məlumata görə, “Neftçi“nin sabiq kuratoru Mikayıl İsmayılovun topdağıtmaz sərvətləri siyahısında olan, paytaxtın Xətai və Nizami rayonları ərazisində yerləşən “Level 99 Lounge”, “Martido Lounge”, “High Bsoft Restaurant & Lounge” restoranlarına, həmçinin “Qəsr” adlı sözlə ifadə edilməyəcək özəlliklərə malik obyektinə C.Cəbrayılov da şərikdir.
Üstəgəl, Cəbrayılovun özünün başqa şadlıq evləri, otelləri, mağazalar şəbəkəsi vardır. O da qeyd olunur ki, Cəbrayılov öz bağ sahəsinə məxsusi olaraq Ərəbistandan qum gətirib.
Xəbərdə daha sonra qeyd olunur: “Bu və sadalamdığımız digər məsələlərlə bağlı Cəbrayılovun mövqeyini öyrənmək üçün ona bəzi sualları ehtiva edən rəsmi məktub göndərsək də, cavab vermədi.
Zəngimizi açmadığı telefonuna göndərdiyimiz mesaj da cavabsız qaldı. Bu qədər var-dövlətə sahib olsa da, zəngin həyat tərzi keçirsə də, müşahidə şurasının üzvü olduğu “Neftçi”də həmişə Cəbrayılovun xəsisliyindən gileyləniblər.
Sorğu məktublarının cavabın gözləyirik. Odur ki,bizi izləməyi unutmayın. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq“.
Oxşar xəbərlər
Qəhrəmanov SOCAR-dakı vəzifəsindən azad olundu
“Neftçi”də yeni adlar - Müşahidə Şurası
“Ulduzlar Liqası”nda yeni mövsüm həyəcanı başlayır
Futbolçularımız Antalyaya yollanır
Mikayıl Nərimanoğlu "Kəpəz"dən getdi - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası