reklam
Mehdiyev millidən niyə uzaqlaşdırılmasının səbəbini bilmir -
Sportfm.az xəbər saytı

Mehdiyev millidən niyə uzaqlaşdırılmasının səbəbini bilmir -Qeyri-müəyyənlik


Dmitri Kramarenkonun Rusiya MOİK-inə gedişindən sonra Azərbaycan milli komandasında qapıçılar üzrə məşqçi təyin olunmuş Rauf Mehdiyev vəzifəsindən ayrılıb.

Sportfm.az xəbər veirr ki, bu barədə "report"a 46 yaşlı veteran qolkiperin özü məlumat verib. Onun sözlərinə görə, ötən ilin noyabrında AFFA ilə müqaviləsi başa çatdıqdan sonra yığma ilə vidalaşıb: "Mənimlə 3 aylıq sözləşmə imzalanmışdı. müddət bitdikdən sonra yeni müqavilə təklif etmədilər. Buna görə də yollarımızı ayırdıq".

Hazırda "Sabah" klubunda çalışan Mehdiyev ona millidən yeni müqavilə təklifi olmamasının səbəbini bilmədiyini vurğulayıb: "Bu vəzifəyə təyin olunanda danışmışdıq ki, klubdakı işimi də davam etdirəcəyəm. Onlar da razılaşmışdılar. İnanmıram ki, ayrılıq qərarı iki yerdə çalışmağımla bağlı olsun".

Mütəxəssis Kamran Ağayevin yığmada analoji vəzifəyə təyin olunacağı ilə bağlı xəbərlərə də münasibət bildirib: "Açığı, məlumatım yoxdur. Mən də xəbərləri mətbuatdan oxuyuram".

Qeyd edək ki, 2004 - 2008-ci illərdə Azərbaycan millisinin formasını geyinən Rauf Mehdiyev "Neftçi", "Şəmkir", "Qarabağ", "Bakı", "Olimpik" və "Simurq" klublarında da çıxış edib.

Oxşar xəbərlər

Ağatahir Əzimov yeni vəzifəyə təyin olundu
Kamran köməkçi məşqçi oldu - Təyinat
Millimizin məşqçisi Rusiya klubunda - RƏSMİ
Kamran Ağayevin “kitab”ı necə bağlandı? - Baş məşqçi açıqladı
Rauf Mehdiyevdən sonra "Vətən"i daha bir mütəxəssis tərk etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər