Solmaz və Gültəkin Avropa Çempionatında -Heyət açıqlandı
Güləş üzrə Azərbaycan yığmalarının martın 7-də Bolqarıstanın Plovdiv şəhərində start götürəcək U-23 Avropa çempionatı üçün heyəti açıqlanıb.
Sportfm.az əbər verir ki, yeddinci dəfə təşkil olunacaq analoji yarışda yunan-Roma güləşində məşqçilər Rövşən Bayramov və Həsən Əliyevin rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Adəm Hacızadə (72 kq), Xasay Həsənli (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) qüvvəsini sınayacaq.
Qadınların mübarizəsində məşqçilər Həsrət Məmmədyarovla Solmaz Adilovanın rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzəzadə (68 kq) Plovdivdə çıxış edəcəklər.
Sərbəst güləşdə isə məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında Tofiq Əliyev (57 kq), Zirəddin Bayramov (65 kq), Murad Yevloyev (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) mübarizə aparacaqlar.
Qitə birinciliyində Azərbaycanın beynəlxalq dərəcəli hakimlərindən Hicran Şərifov və Tural Əliyev ədaləti qoruyacaq.
Qeyd edək ki, martın 13-dək davam edəcək Avropa çempionatında 34 ölkədən 420 güləşçinin iştirakı gözlənilir. Yunan-Roma güləşində 157, qadın güləşində 118, sərbəst güləşdə isə 145 idmançının adı sifariş olunub.
Oxşar xəbərlər
Yığmalarımızın heyətləri açıqlanıb - Avropa çempionatı
Güləş millimiozin heyəti açıqlandı – SİYAHI
Güləş millimizin heyəti açıqlandı - Dünya çempionatı
Güləş yığmalarımızın heyəti açıqlandı - I MDB Oyunları
Güləş millilərinin Avropa çempionatı üçün heyəti açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı
-
Millimizin heyətində dəyişiklik edildi
-
"Əzmkar komandaya qarşı oynayacağıq" - Ayxan Abbasov
-
"Mingəçevir Reqatası-2026" beynəlxalq turniri başa çatdı
-
Azərbaycan millisinin Avropa çempionatındakı məlum oldu















Misli Premyer Liqası