reklam
Ölkəmizi «FIFA Executive Football Summit» adlı tədbirdə kim təmsil edir?
Sportfm.az xəbər saytı

Ölkəmizi «FIFA Executive Football Summit» adlı tədbirdə kim təmsil edir?


Qətərin paytaxtı Dohada  «FIFA Executive Football Summit» adlı tədbir keçirilir.
 
Sportfm.az xəbər verir ki, FIFA-nın prezidenti Gianni İnfantinonun rəhbərliyi ilə keçirilən tədbirdə «FIFA 2.0 – The Vision for the Future» strategiyası, «Forward» Proqramı, uşaq və gənclər futbolunun inkişafı və digər mövzular müzakirə olunacaq. Qırğızıstan, İraq, Suriya, Tacikistan, Türkmənistan, Özbəkistan, Yəmən, Qətər, Namibiya, Nigeriya, Sudan, Tanzaniya, Uqanda, Bosniya və Herseqovina, Kipr, Danimarka, Litva, Serbiya, İsveç, Ukrayna futbol federasiyalarının rəhbərliyinin qatıldığı tədbirdə AFFA-nı baş katibin müavini Sərxan Hacıyev təmsil edir.
Bu gün öz işinə başlayan tədbir fevralın 15-də yekunlaşacaq.

Oxşar xəbərlər

AFFA rəsmisi FIFA-nın Sammitində iştirak edir
AFFA-nın icraçı vitse-prezidenti Ukraynaya yollandı
Günün canlı yayımlanacaq qarşılaşmaları - SİYAHI
AFFA rəsmiləri FIFA sammitində
Bakıda FIFA-nın sammiti keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər