reklam
Cüdoçumuzda sınıq aşkarlandı -
Sportfm.az xəbər saytı

Cüdoçumuzda sınıq aşkarlandı -körpücük sümüyü


İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqədə zədələnmiş Azərbaycan cüdoçusu Kəramət Hüseynovun körpücük sümüyü çıxıb. 

Sportfm.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında 24 yaşlı idmançının özü məlumat verib. 

60 kq çəki dərəcəsində yer alan cüdoçu yarımfinalda qazaxıstanlı Baurjan Nabayev ilə görüşdə zədələndiyini xatırladıb: "Rəqibə əks fənd etdim və vazari xalı aldım. Qola qırıcı fənd etmək istəyirdim. Lakin bəxtsizlik oldu və çiynimin üzərinə düşdüm. Nəticədə hakim görüşü dayandıraraq, qələbəni rəqibə verdi, mən isə yarışa davam edə bilmədim". 

Hüsenyov qarşıdakı Avropa çempionatına hazırlaşacağını söyləyib: "Zədəmi müalicə etməyim lazımdır. Ya əməliyyat olunacaq, ya da müalicə alacağam. Məsələyə bu gün həkim rəyindən sonra aydınlıq gələcək. Avropa çempionatına hazırlaşmaq lazımdır".

Qeyd edək ki, Kəramət Hüseynov qazaxıstanlı Maqjan Şamşadinlə 3-cü yer uğrunda qarşılaşmada iştirak etmədiyi üçün 5-ci yerlə kifayətlənib. Avropa çempionatı 29 aprel - 1 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. 

Oxşar xəbərlər

Cüdoçumuz medal görüşünə çıxmadı, texniki məğlubiyyət aldı - Şanssızlıq
Kəramət Hüseynov 5-ci oldu - Böyük Dəbilqə
Koronavirus Rüstəm Orucova mane oldu - Lissabona getməyəcək
Rüstəm Orucov Böyük Dəbilqədən imtina etdi - "Artıq lisenziyam var"
Hacı Əliyev Avropa çempionatında iştirak etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər