40 yaşlı veteran futbolçu qəzada öldü -İTKİ
Xorvatiya futbol ictimaiyyətinə ağır itki üz verib.
Sportfm.az xəbər verir ki, tanınmış futbol veteranı, "Şibenik", "Zadar", "Mouskron", "Bruney" klublarında çıxış etmiş Drazen Qoviç avtomobil qəzasında dünyasını dəyişib.
Keçmiş klubu "Şibenik" 40 yaşlı sabiq futbolçunun vəfatı ilə bağlı sosial şəbəkədə emosional xəbər paylaşıb:
"Böyük kədər və ağrı ilə sizə bildiririk ki, Drazen Qoviç - klubumuzun keçmiş oyunçusu, karyerasını bitirdikdən sonra da "Şibenik"ə sadiq qalan futbol əfsanəsi - bizi həmişəlik tərk etdi.
O, "Şibenik"də 72 rəsmi matçda çıxış edib, 12 qol vurub, 12 məhsuldar ötürmə edib. Xüsusilə onun azarkeşlərimizi sevindirən usta cərimə zərbələrini, eləcə də mübarizə əzmini xatırlayırıq.
Oxşar xəbərlər
Mahirin komandasından böyük uğur - Xorvatiya çempionu oldu
Emreli rəmzi komandada - FOTO
Mahir Emreli start heyətdə - Xorvatiya I liqa
"Sabah" yeni transferini açıqladı
37 yaşlı futbolçu qəzada dünyasını dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası