reklam
UEFA pulsuz bilet verəcək -
Sportfm.az xəbər saytı

UEFA pulsuz bilet verəcək -Çempionlar Liqası üçün 10 min


UEFA cari mövsüm avrokubokların finalına vəsiqə qazanmış komandaların azarkeşlərinə pulsuz biletlər ayıracaq.

Sportfm.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun prezidenti Aleksander Çeferin açıqlama verib.

Sloveniyalı funksioner bildirib ki, Çempionlar Liqası üçün 10 min, Avropa Liqası üçün 8 min, Konfrans Liqası və qadınlar arasında Çempionlar Liqası finalları üçün isə ayrı-ayrılıqda 6 min havayı bilet paylanacaq.

Çeferinin sözlərinə görə, bu, fanatların COVID-19 böhranı zamanı Avropa futboluna göstərdikləri dəstəyə görə təşəkkür xarakteri daşıyır. Finalçı klubların hər biri biletlərdən ən sadiq azarkeşlərini mükafatlandırmaq üçün istifadə edə biləcəklər.

Oxşar xəbərlər

Çeferin yenidən UEFA prezidenti oldu
UEFA yeni turnir yaradır
Klublarımız üçün avrokubokda 2021/22 mövsümünün təqvimi - SİYAHI
UEFA prezidenti FIFA qınadı
Super Çempionlar Liqası gəlir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər