Kiyevdə Beynəlxalq Turnir keçiriləcək - "Biz çalışırıq, çalışırıq ki, Azərbaycanın bayrağını dalğalandıraq"
12-13 mart tarixlərində Ukraynanın paytaxtı Kiyevdə futvole üzrə beynəlxalq turnir keçiriləcək.
Bu barədə Sportfm.az saytına Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov açıqlama verib:"Kiyevdə Ukrayna Futtennis Federasiyasının da dəstəyi ilə 30-a yaxın milli komandanın iştirakı ilə yarış baş tutacaq. Bu yarış Azərbaycan xalqının milli varlığımızın dolğun təcəssümü, qədim və zəngin, yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız, bəşər mədəniyyətinə töhfəmiz olan Novruz Bayramına həsr ediləcək. Beynəlxalq turnir həm də bu il Moskvada keçirləcək futvole üzrə dünya çempionatına seçmə mərhələ xarakteri daşıyacaq. İnanıram ki, Beynəlxalq Federasiya olaraq bu işin öhdəsindən layiqincə gələrək Kiyevdəki turniri yüksək səviyyədə təşkil edəcəyik".
Beynəlxalq qurumun prezidenti getdikcə ölkəmizdə də futvolenin populyarlaşdığını və bu idman növünə marağın artdığını söyləyib:"Futvole çox maraqlı idman növüdür. Azərbaycanda geniş kütlələr üçün əlçatandır. Sahilimiz var, qumumuz var, günəşimiz var. Başqa nə lazımdı? Biz yerli federasiya (AFNF nəzərdə tutur) olaraq tez-tez yarışlar təşkil edir, gəncləri bu idman növünə cəlb edir və kütləviliyi təmin edirik. Mediada ara-sıra müsahibələrimiz, fikirlərimiz dərc olunur, keçirdiyimiz yarışlar haqqında informasiyalar gedir. Biz çalışırıq, çalışırıq ki, Azərbaycanın bayrağını dalğalandıraq, ölkəmizin adını yüksəldək".
Vüsal Xəlilov Azərbaycanda fəaliyyət göstərən şirkətləri Beynəlxalq Futvole Federasiyasının tədbirlərinə dəstək verməyə də çağırıb."Ölkəmizdəki şirkətlər bizim yarışlara maraq göstərir, dəstək verirlər, amma bu yetərli deyil. İri firma sahibləri bilməlidi ki, onlar Beynəlxalq Federasiyasının turnirlərinə sponsorluq etməklə, kömək göstərməklə böyük reklam bazarı qazana bilərlər. Axı bizim yarışlarımız dünyada müxtəlif televiziya kanalları üzərindən yayımlanır, mətbuatda işıq üzü görür. Auditoriya çox böyükdü".
Qeyd edək ki, Kiyevdəki turnir "Sunrise" İdman Kompleksində baş tutacaq.

Oxşar xəbərlər
“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət
Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi
ABŞ futvolesi böyük ailənin üzvü olacaq - Onlayn müzakirə
Vüsal Xəlilov: "Hamımız bir bayraq altında birləşməliyik"
Azərbaycanda ilk dəfə futvole üzrə beynəlxalq turnir keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası