reklam
Millimiz beynəlxalq turnirə qatılacaq
Sportfm.az xəbər saytı

Millimiz beynəlxalq turnirə qatılacaq


Azərbaycan U-17 yığması beynəlxalq turnirdə mübarizə aparacaq.

Sportfm.az xəbər verir ki, millimiz də daxil olmaqla, fevralda bu ölkədə 10 komandanın iştirakı ilə gənclər arasında 18-ci beynəlxalq turnir təşkil olunacaq.

Fevralın 6-13-ü aralığında keçiriləcək yarışda yığmamızla yanaşı, İsrail, Qazaxıstan, Moldova, Gürcüstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, həmçinin Belarusun U-17 və U-16 komandaları çıxış edəcək.

Yığmamızın oyunlarının təqvimi də artıq məlumdur. Komandamız turnirdə 5 oyun keçirəcək. İlk dörd matçın ardından fevralın 13-də müvafiq olaraq 9-cu, 7-ci, 5-ci, 3-cü yer uğrunda və final oyunu keçiriləcək.

6 fevral
11:00. Qırğızıstan – Azərbaycan

7 fevral
19:00. Azərbaycan – Belarus (U-17)

9 fevral
12:00. Qazaxıstan – Azərbaycan

10 fevral
19:00. Azərbaycan – Tacikistan

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Oxşar xəbərlər

Beynəlxalq turnirdə 11 ölkə iştirak edəcək
Millimizin oyunlarının vaxtı açıqlandı - Beynəlxalq turnir
Milli beynəlxalq turnirdə iştirak edəcək
Millimiz “Caspian Cup 2019”-da mübarizə aparacaq
Azərbaycan yığması "Slovakia Cup 2018"də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər