reklam
Ruslan Abışov: “Etimad göstərildiyini eşidəndə çox sevindim”
Sportfm.az xəbər saytı

Ruslan Abışov: “Etimad göstərildiyini eşidəndə çox sevindim”


Azərbaycan milli komandasının və "Neftçi” klubunun üzvü Ruslan Abışov bu ilin may ayında ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirlərindən biri seçilib. 

Sportfm.az xəbər verir ki, bu gün keçirilmiş təqdimat mərasimindən sonra futbolçunun səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq: "İlk dəfə belə bir mötəbər yarışda səfir kimi fəaliyyət göstərəcəm. Mənə etimad göstərildiyini eşidəndə çox sevindim. İdmançı yoldaşlarımla proqram çərçivəsində tədbirlərdə, layihələrdə iştirak etmək mənim üçün çox xoş olacaq. Bu yarışda idmançılarımızdan yüksək nəticələr gözləyirik. Oyunlarda iştirak edəcək futbol komandamıza da dəstək olmağa, hətta heyətdə yer almağa çalışacağıq. Sonda etimad göstərən hər kəsə, eləcə də 2017-ci il İslam Həmrəyliyi Oyunlarının keçirilməsində əməyi olan insanlara dərin təşəkkürümü bildirirəm”.

Oxşar xəbərlər

Azad Rəhimovun IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən sonra İLK AÇIQLAMASI
İslam Oyunlarının açılış mərasimi - FOTO
Növbəti İslam Oyunlarının harada keçiriləcəyi məlum oldu
Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək
"Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komissiyasının V iclası keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər