Emreli hər şeyə rəğmən ən yaxşıdı -Seçim
Polşa "Legiya"sında futbolçuların cari mövsümün ilk yarısına aid statistik göstəriciləri açıqlanıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli Varşava təmsilçisinin ən yaxşı oyunçusudur.
Qış fasiləsinədək, bütün turnirlər daxil olmaqla, 11 qol vurmuş forvard komandanın ən sərrast üzvüdür. Onun aktivində 2 məhsuldar ötürmə də var.
Emreli oyun sayına görə də liderlər sırasındadır. 33 matçda forma geyinmiş futbolçu ümumilikdə 2 066 dəqiqə meydanda olub. Hücumçu bu göstəricidə yalnız Mateuş Veteska (2 962), Bartoş Sliş (2 515), Lukinyas (2 301) və Filip Mladenoviçdən (2 220) geri qalır.
Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlindən "Legiya"da çıxış edir.
Oxşar xəbərlər
"Legiya"da ilin ən yaxşı legioneri - Mahir Emreli
Mahir Emreli "język polski" - dil dərsi başladı
"Legiya" təhlükə zonasında - Mahir Emreli də kömək etmir
Mahirdən "Legiya"da növbəti qol - Yoxlama görüşü
Mahir Emreli hər kəsi geridə qoydu - Ən yaxşı oyunçu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Turan Tovuz" - "Fənərbaxça" matçına 25 min bilet satıldı
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı
-
Millimizin heyətində dəyişiklik edildi















Misli Premyer Liqası