reklam
“Azərbaycan millisindəki həmkarımla bağlı onu deyə bilərəm ki…”
Sportfm.az xəbər saytı

“Azərbaycan millisindəki həmkarımla bağlı onu deyə bilərəm ki…”


2001/02 mövsümündə AMMK futzal klubunun heyətində Azərbaycan çempionatında çıxış etmiş, hazırda son UEFA kubokunun qalibi "Yuqra”nın və Gürcüstan yığmasının qapıçısı olan ən titullu qafqazlı futzalçı Zviad Kupatadze Sportfm.az saytına fikirlərini bildirib:

"Gürcüstan millisi AÇ-nin ilkin seçmə mərhələsinin hər üç oyununda qalib gəldi. Növbəti mərhələdə bizi İtaliya və Belarus kimi çətin rəqiblər gözləyir. Lakin onlardan çəkinmirik, hər oyunda qələbəyə oynayacağıq. Komanda olaraq inanırıq ki, "play-off”lara qatılmaq gücündəyik. Əvvəllər ümumiyyətlə futzal strategiyamız olmayıb. Gürcüstanda futzal ruhu sanki ölmüşdü. Kobiaşvilinin(Levan Kobiaşvili-red.) futbol federasiyası prezidenti vəzifəsinə gəlişiylə futzal da yeni inkişaf mərhələsinə qədəm qoydu.

Düşünürəm ki, "Yuqra” UEFA kubokundakı uğurunu təkrarlamaq iqtidarındadı. İştirak etdiyimiz bütün turnirlərdə qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.

Sonuncu mundialda Azərbaycan yığması məndə xoş təəssürat yaratdı. Yığmanıza həm də bizim sabiq məşqçimiz olan Miltinyoya görə azarkeşlik edirdim. Azərbaycan millisindəki həmkarım Rövşən Hüsenli ilə bağlı yalnız xoş və tərifəlayiq sözlər deyə bilərəm”.

Söhbətləşdi: Orxan Hüseynov

Oxşar xəbərlər

"Milli üzvlərinin fiziki hazırlıqları bir o qədər yaxşı deyil" - Vitali Borisov
Yığmamızın sabiq üzvü Rusiya çempionatında çıxış edə bilər - ÖZƏL
Xətai Bağırov: "Özümüzü sübut edəcəyik"
Futzalçılarımız mübarizəni erkən dayandırdı
"Araz" UEFA kubokunu qazana bilər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər