Qurban Qurbanov “Fairmont” otelində mükafatlandırılacaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 2021-ci ilin ən yaxşı məşqçisi seçilməsinə görə mükafatlandırma mərasimi olacaq.
Sportfm.az xəbər verir ki, tədbir dekabrın 21-də, saat 15.30-da başlayacaq. Mükafatlandırma mərasimi “Fairmont” otelinin Nizami zalında keçiriləcək.
Tədbirə ilin ən yaxşı məşqçisinin seçilməsi üçün sorğuda iştirak edən bütün jurnalistlər dəvətlidir.
Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub. 67 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2021-ci ilin ən yaxşı məşqçisi seçilib. O, 58 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 11-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.
Oxşar xəbərlər
Jurnalistlər ilin ən yaxşı məşqçisini seçdi - Qurban Qurbanov
Qurban Qurbanov mükafatına qovuşdu - FOTO
Azərbaycan mətbuatı 2021-ci ilin ən yaxşı futbol məşqçisini seçdi!
Qurban Qurbanov mükafatına qovuşdu - FOTO
Qurban Qurbanov ilin məşqçisi seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası