XIII turun oyunları sükutla başlayacaq -Azərbaycan Premyer Liqası
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunun oyunlarında bu gün təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişən hərbçilərin xatirəsi anılacaq.
Sportfm.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasovun "Report"a verdiyi məlumata görə, yüksək liqa matçları ilə yanaşı, I Divizionunun sabah keçiriləcək 3 görüşündə də 1 dəqiqəlik sükut elan olunacaq.
"Bu gün təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişən hərbçilərimizin ailələrinə və xalqımıza dərin hüznlə baş sağlığı veririk", - PFL rəsmisi bildirib.
Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.
Qeyd edək ki, XIII turun oyunları 4 - 5 dekabrda gerçəkləşəcək.
Oxşar xəbərlər
"Qara mamba"nın ölümündən əvvəl gizlin sövdələşmə - FOTO
Brayantın adı əbədiləşdiriləcək
Türkiyədə matçlar bir dəqiqəlik sükutla başlayacaq
Premyer Liqa klubu pulsuz pivə, su və keks paylayacaq
Emiliano Sala 1 dəqiqəlik sükutla anılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO















Misli Premyer Liqası