“Səbail”in legioneri Liberiya millisində debüt etdi
“Səbail”in müdafiəçisi Camal Araqo futbol üzrə Liberiya millisində debüt edib.
Sportfm.az xəbər verir ki, onun komandası DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsi çərçivəsində doğma meydanda Nigeriya ilə qarşılaşıb.
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Camal 90 dəqiqə mübarizə aparıb.
Liberiya yığması yer aldığı qrupda 5 turdan sonra 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Qeyd edək ki, bu yaydan karyerasını ölkəmizdə davam etdirən 28 yaşlı Araqo vətəndaşlığını daşıdığı Qananın U-17 və U-20 yığmalarında çıxış edib. Lakin baba-nənə xətti ilə liberiyalı olan oyunçu məhz bu ölkənin milli komandasında çıxış etməyə qərar verib.
Oxşar xəbərlər
Legionerlərimiz Millətlər kubokunda qarşılaşdı - VİDEO
"Patrik ən yaxşı futbolçulardandı" - MÜSAHİBƏ
"Səbail"in futbolçusu millisini dəyişdi - Qananı Liberiyaya
Şeydayev üçün 90 dəqiqə
Liberiya prezidenti Nigeriya yığmasına qarşı oynadı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
-
"Onlar məni dünya çempionu etdilər" - Messi
-
Bu gün daha 3 qarşılaşma keçiriləcək - Azərbaycan kuboku
-
İki boksçumuz yarımfinalda - Avropa Çempionatı















Misli Premyer Liqası