Yığmalarımız İtaliya və Türkiyəyə qarşı -Avropa çempionatı
Bu gün kişi və qadınlardan ibarət Azərbaycan millisi Sloveniyanın Çatej şəhərində start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, kişilərdən ibarət komandanın heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abasov, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva çıxış edəcək
Kişilərdən ibarət komanda ilk turda İtaliya ilə, qadınlar isə Türkiyə ilə üz-üzə gələcək. Kapitanlar müvafiq olaraq Eltac Səfərli və Fikrət Sideifzadə olacaq.
Kişilərdə 39, qadınlarda isə 31 yığma medallar üçün mübarizə aparacaq. İsveçrə sistemi ilə keçiriləcək çempionatda 9 tur oynanılacaq.
İştirakçılar arasında kişilərdən ibarət Azərbaycan millisi 2717 xalla reytinqdə ikinci, qadınlardan ibarət komanda isə 2383 xalla beşinci pillədədir.
Qeyd edək ki, qitə çempionatı noyabrın 21-də başa çatacaq. Kişilərdən ibarət Azərbaycan yığması 3 qat Avropa çempionudur. Kişilərdə 38, qadınlarda isə 30 yığma medallar üçün mübarizə aparacaq. İsveçrə sistemi ilə keçiriləcək çempionatda 9 tur oynanılacaq.
Oxşar xəbərlər
Yığmalarımızın son tur üçün heyətləri - Avropa çempionatı
Yığmalarımızın VIII tur üçün heyətləri - Avropa çempionatı
Azərbaycan millilərinin heyətləri - Avropa çempionatı
Millilərimizin V tur üçün heyətləri - Avropa çempionatı
Azərbaycanın şahmat millilərinin III tur üçün heyətləri - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Turan Tovuz" - "Fənərbaxça" matçına 25 min bilet satıldı
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı















Misli Premyer Liqası