reklam
İngiltərə üçün önəmli qarşılaşma -
Sportfm.az xəbər saytı

İngiltərə üçün önəmli qarşılaşma -DÇ-2022


Bu gün futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX turun digər oyunları keçiriləcək.

Sportfm.az xəbər verir ki, ikinci oyun günündə 3 qrupda 8 qarşılaşma oynanılacaq.

C qrupunda 14 xala malik qrup liderləri - İtaliya və İsveçrə yığmaları üz-üzə gələcək. Qalib komanda mundiala vəsiqə qazanmağa daha da yaxınlaşacaq. Qrupun digər görüşündə isə Litva Şimali İrlandiyanın qonağı olacaq.

F qrupunda Danimarka seçməsi DÇ-2022-də iştirakı vaxtından əvvət təmin edib. Şotlandiya Moldova səfərində 3 xal qazansa, digər qarşılaşmanın nəticəsindən asılı olmayaraq qrupda ikinci pilləni rəsmiləşdirəcək.

I qrupunda isə İngiltərə mundiala vəsiqə qazana bilər. Britaniyalılar bunun üçün Albaniyanı məğlub etməli və Polşanın Andorra səfərində büdrəməsini gözləməlidir.

DÇ-2022, seçmə mərhələ
IX tur
12 noyabr

C qrupu

23:45. Şimali İrlandiya - Litva

23:45. İtaliya - İsveçrə

Xal durumu: İtaliya 14 (6 oyuna), İsveçrə - 14 (6), Bolqarıstan - 8 (7), Şimali İrlandiya - 5 (6), Litva - 3 (7)

F qrupu

21:00. Moldova - Şotlandiya

23:45. Danimarka - Şimali İrlandiya

23:45. Avstriya - İsrail

Xal durumu: Danimarka - 24, Şotlandiya - 17, İsrail - 13, Avstriya - 10, Farer adaları - 4, Moldova - 1

I qrupu

23:45. Andorra - Polşa

23:45. Macarıstan - San Marino

23:45. İngiltərə - Albaniya

Xal durumu: İngiltərə - 20, Polşa - 17, Albaniya - 15, Macarıstan - 11, Andorra - 6, San Marino - 0.

 

Oxşar xəbərlər

İtaliya Şimali İrlandiyaya, İsveçrə Bolqarıstana qarşı - DÇ-2022
İtaliya İsveçrə ilə bərabərə qaldı, İngiltərədən böyükhesablı qələbə - DÇ-2022
İngiltərə Macarıstanı qəbul edəcək - DÇ-2022
Bu gün daha 14 oyun keçiriləcək - DÇ-2022
İspaniya evdə, Fransa və İtaliya səfərdə oynayacaq - DÇ-2022

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər