Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Zaur Svanadze: "Heç bir yenilik yoxdur"
"AFFA-nın klubumuza səlahiyyətli nümayəndə təyin etdiyi Rəmiş Malıyevlə bu həftə görüşümüz olub. Onunla komandanın hazırkı durumunu müzakirə etmişik. Mövsümün qalan hissəsində heç bir problemimizin olmayacağını bildirib".
Sportfm.az xəbər verir ki, bu sözləri Bakının "İnter" futbol komandasının baş məşqçisi Zaur Svanadze deyib. Gürcüstanlı mütəxəssis bildirib ki, komandanın hədəfi dəyişilməz olaraq qalır: "Bu baxımdan heç bir yenilik yoxdur. Məqsədimiz mükafatçılar sırasna düşmək və avrokuboka vəsiqə qazanmaqdır".
"İnter" fevralın 4-də Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində "Sumqayıt"ın qonağı olacaq. 59 yaşlı baş məşqçi qarşıdakı oyun üçün heyətlə bağlı problemlərinin olmadığını bildirib: "Cəzalı və ya zədəli futbolçumuz yoxdur. Bu gün son məşqimiz olacaq. "Sumqayıt"ı ilk iki dövrədə 3:1 və 2:1 hesabları ilə məğlub etsək də, bu komandanı bizim üçün asan rəqib adlandırmaq olmaz. Onlarla oyunlarımız həmişə gərgin keçib".
Qeyd edək ki, fevralın 4-də keçiriləcək "Sumqayıt" - "İnter" matçı saat 16:30-da başlayacaq.
Mənbə: Report.az
Oxşar xəbərlər
Zaur Svanadze:"Heyəti qurmaq çox çətindir"
Zaur Svanadze:"Mən heç nə bilmirəm"
Zaur Svanadze:"Onların gedişi ciddi təsir edib"
Zaur Svanadze: “Səhvə yol vermədik”
Zaur Svanadze: "Oyunun pozitiv alındığını hesab etmək olar"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası