"Çoxdandır qələbəni gözləyirdim" -İlkin Hüseynov
"Oyun haqda çox danışmaq istəmirəm. Komandam sona qədər mübarizə apardı. Rəqib oyunun ilk dəqiqələrində azlıqda qaldı. Qələbə xoş oldu. Çoxdandır bunu gözləyirdim".
Sportfm.az xəbər verir ki, bu sözləri Sabah”ın məşqçisi İlkin Hüseynov Azərbaycan Premyer Liqasının 8-ci turunda “Sumqayıt”a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
"Hazırlıq planı həftənin əvvəlində Ramin Quliyevin göstərişləri üzrə hazırlanmışdı. İki gün əvvəl komandadan ayrıldı, biz işimizə davam etdik, komandanı oyuna hazırladıq - deyə o bildirib.
İ.Hüseynov klubun idman direktoru İqor Ponomaryovun texniki zonada yer almasının səbəbini də açıqlayıb: "Ponomaryov komandanın bütün futbolçularını tanıyır və təcrübəlidir. Burada hamı bir yerdə çalışır".
Oxşar xəbərlər
İqor Ponomaryov qayıtdı - "Sabah"ı meydana o çıxaracaq
"Məğlubiyyətdən sonra təzyiqlər oldu" - Samir Abasov
"Bu gün başqa cür oyun gözləyirdim" - Ayxan Abbasov
İqor Ponomaryov "Sabah"ın baş məşqçisi təyin olundu
"Belə davam etsəm, milliyə də dəvət alaram" - Rauf Əliyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası