Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
2 boksçumuz bürünc medal qazandı -Avropa çempionatı
Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportfm.az xəbər verir ki, finala vəsiqə uğrunda Nicat Hüseynov və Kamil Babayev qüvvəsini sınayıb.
51 kq-da mübarizə aparan Hüseynov üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. 54 kq-dakı Babayev isə gürcüstanlı Giorgi Sajaya ilə dueldən məğlub ayrılıb.
Nəticədə hər iki boksçu Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, final görüşləri oktyabrın 23-də keçiriləcək.
Oxşar xəbərlər
Bolqarıstandan bürünc medalla
Boksçumuz Avropa çempionatının finalına vəsiqə qazandı
Boksçularımız yarımfinala yüksəldi - Avropa çempionatı
Boksçumuzdan bürünc medal - Avropa çempionatı
Boksçumuz Avropa çempionatında bürünc medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası