Azərbaycan millisinin heyəti - SİYAHIAvropa çempionatı
Oktyabrın 15-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatı start götürəcək.
Sportfm.az xəbər verir ki, 9 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.
Milli çempionata baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılovla Şahin İmranovun rəhbərliyi altında 9 boksçu ilə yollanıb. Yarışda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Kamil Babayev (54 kq), Tacı Tağızadə (57 kq), Zaur Qəhrəmanov (60 kq), Qulu Quliyev (63,5 kq), Nicat Qurbanov (71 kq), Fətəli İsmayılov (86 kq) və Rəşid Məmmədov (92 kq) qüvvəsini sınayacaq.
Budvada Fuad Aslanov isə hakim kimi Azərbaycanın idman şərəfini qoruyacaq.
Bu gün səfərə çıxan komanda oktyabrın 24-də Bakıya qayıdacaq.
Oxşar xəbərlər
Boks yığmamızın heyəti açıqlandı - SİYAHI
Boksçularımız dünya çempionatında döyüşəcək
Millimizin Avropa çempionatı üçün heyəti - SİYAHI
Azərbaycan yığmasının beynəlxalq turnir üçün heyəti - SİYAHI
Millimizin heyəti açıqlandı - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası