reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" "Sumqayıt"ı məğlub etdi


Bu gün əvəzedicilərin çempionatında mövsümün ikinci yarısına start verilib.
 
Sportfm.az xəbər verir ki, III dövrə Qəbələdə keçirilən qarşılaşma ilə başlayıb. XV turun ilk matçında "Qəbələ” "Sumqayıt”ı qəbul edib. Son 5 oyunda qələbə qazanıb, turnir cədvəlinin zirvəsinə yüksələn Hüseynqulu Quliyevin yetirmələri 2017-ci ilin ilk matçında da seriyasını davam etdirib. Mövsümün ilk yarısında 2 dəfə rəqibə qalib gələn (3:1, 3:2) "qırmızı-qaralar” ev oyununda da 3 xalı 3 qolla qazanıb. "Qəblə" ilk hissədə məğlub duruma düşsə də, fasilədən sonra əzmkarlıq nümayiş etdirib. Ramil Hasanovun dublu və Tural Məmmərzayevin qolu "Qəbələ”yə qələbə bəxş edib – 3:1. 
Beləliklə, ardıcıl 6-cı qələbəsini qazanan "Qəbələ” liderliyini qoruyub.

Oxşar xəbərlər

"Kəpəz" Gəncədə darmadağın oldu
"Qəbələ" rekordun bir addımlığında
U-16-dan böyükhesablı səfər qələbəsi
"Qəbələ" ili qələbəylə başladı
"Qəbələ" 15 qat Albaniya çempionu ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər