AFFA klubları cərimələdi -800 manat
Bu gün AFFA İntizam komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda Premyer Liqamızın 2-ci turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edilib.
Premyer Liqanın 2-ci turunun “Qəbələ” – “Keşlə” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Qəbələ” – “Keşlə” oyununda matçın 90+5-ci dəqiqəsində qonaq komandanın futbolçusu Şəhriyar Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.
Premyer Liqanın 2-ci turunun “Zirə” – “Neftçi” oyununda qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
Oxşar xəbərlər
AFFA klublarımızı cərimələdi - 4000 manat
İntizam Komitəsi qərarları - AFFA açıqladı
Hakimi təhqir edən futbolçuya ağır cəza - AFFA
AFFA "Qarabağ"ı cərmələdi - 3000
AFFA klubları cərimələdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası