"Qol vurmaq mənim üçün çox vacib idi” -Mahir Emreli
Polşanın “Legiya” komandasının futbolçusu Mahir Emreli Avropa Liqasının pley-off mərhələsində “Slaviya”ya (Çexiya) qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Çexiyada "Slaviya" ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu barədə bunları deyib:
“Oyun çox maraqlı alındı. Cavab matçında qələbə qazanmaq üçün hər şeyi etməliyik. Açığı, bu, Avropa Liqasındakı ilk qolum idi. Daha əvvəl bu turnirdə fərqlənməyi bacarmamışdım. Bu matçda qol vurmaq mənim üçün çox vacib idi. Daha nə deyə bilərəm? Hələ heç nə bitməyib. Varşavada cavab oyunumuz var. Çox diqqətli olmalıyıq. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacağımıza inanıram”.
“Legiya” – “Slaviya” matçı avqustun 26-da keçiriləcək.
Oxşar xəbərlər
"Çox emosional qarşılaşma oldu" - Mahir Emreli
Mahir Emreli "dubl" etdi, Legiya" qrup mərhələsinə yüksəldi - Avropa Liqası
"Legiya" "Slaviya"ya qarşı - Avropa Liqası
"Özümü burda əla hiss edirəm" - Mahir Emreli
"Qalatasaray"dan bərabərlik, "Fənərbaxça"dan qələbə - Avropa Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
"Onlar məni dünya çempionu etdilər" - Messi
-
Bu gün daha 3 qarşılaşma keçiriləcək - Azərbaycan kuboku
-
İki boksçumuz yarımfinalda - Avropa Çempionatı















Misli Premyer Liqası