Mini-futbol yığmamız hazırlıqlara başladı -FOTOLAR
Mini-futbol üzrə Azərbaycan yığma komandası təlim-məşq toplanışı üçün Bakıda bir araya gəlib.
Sportfm.az xəbər verir ki, baş məşqçi Elşad Quliyevin rəhbərliyi altında toplanan komanda üzvləri ilə qısa söhbətdən sonra hazırlıq prosesinə start verildi. Təxminən 1,5 saat mini-futbol meydançasında baş tutan məşqdə yığma üzvləri topla müxtəlif hərəkətlər və bir sıra taktiki gedişlər üzərində çalışdı. Bu təmrinləri yerinə yetirərkən onların istəkli olması gözdən qaçmadı. Prosesin sonunda hər biri 10 dəqiqə olmaqla 3 hissəli matç keçirildi. Müvafiq olaraq "narıncılara" və "göylərə" bölünən futbolçular ikitərəfli qarşılaşmada qüvvələrini sınadı. Məşqin sonunda saytımıza danışan milli komandamızın çalışdırıcısı Elşad Quliyev hazırlıq prosesinin gedişatında razı qaldığını və uzun müddətdir pandemiya səbəbilə məşqsiz qalan futbolçuların yaxın zamanlarda formalarını bərpa edəcəyini bildirdi.
Qeyd edək ki, yığmamız oktyabrın 30-da Slovakiyanın Koşiçe şəhərində 24 komandanın iştirakı ilə baş tutacaq Avropa Çempionatında iştirak edəcək.
Fotolar: Sportfm.az





Oxşar xəbərlər
Yığmamız Türkiyədə təlim-məşq toplanışına başladı
Yığmamız Avropa çempionatında 1/4 finala yüksəldi
Elşad Quliyev: "Hədəfimiz Koşitsedə qızıl medalları qazanmaqdı"
“Sumqayıt” “Keşlə” ilə oyunun hazırlıqlarına başladı
“Kəpəz” məşqlərə start verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası