Güləşçilərimiz məşqlərə başladı -Tokio-2020
Avqustun 1-də Olimpiadada güləş yarışlarına start veriləcək.
Sportfm.az xəbər verir ki, iyunun 28-dən Tokiodakı Atletlər Kəndində məskunlaşan hər 3 güləş növü üzrə millilərimiz həmin məkanda güləş üçün ayrılmış zalda məşqlərə başlayıb. Bu gün yerli vaxtla saat 11:00-da Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək 7 güləşçi məşqçilərin nəzarəti altında hazırlıq prosesinə start verib.
Xatırladaq ki, güləşçilərimiz mübarizəyə avqustun 2-də start verəcək. Həmin gün Rafiq Hüseynov (77 kq) və Elis Manalova (68 kq) xalça üzərinə çıxacaq. Ertəsi gün İslam Abbasov (87 kq), avqustun 5-də Turan Bayramov (74 kq), ayın 6-da isə Hacı Əliyev (65 kq), Şərif Şərifov (97 kq) və Mariya Stadnik (50 kq) mübarizəyə qoşulacaq. Olimpiada "İdman" TV vasitəsilə canlı yayımlanır.
Oxşar xəbərlər
Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI
Azərbaycan güləşçiləri Tokioya yollandı - Tokio-2020
Hacı Əliyevlə Şərif Şərifov beynəlxalq turnirdə - Poland Open
Güləşçilərimiz lisenziya uğrunda mübarizə aparacaq - Tokio-2020
Avropa Çempionatına gedən heyət açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO















Misli Premyer Liqası