reklam
Sportfm.az xəbər saytı

"Özümü daha rahat hiss edirəm" -Vüsal İsgəndərli


"Hazırlıq çox yaxşı gedir, yaxşı kollektivimiz var. Günü-gündən özümü daha rahat hiss edirəm".

Sportfm.az xəbər verir ki, bu sözləri açıqlamasında “Keçiörengücü”də çıxış edən Vüsal İsgəndərli deyib.

Bir müddət əvvəl “Keşlə”dən ayrılaraq Türkiyə klubuna keçən millimizin futbolçusu yeni mövsümün hazırlıqları ilə bağlı danışarkən, gələn ay birinci liqanın ilk turunda qarşılaşacaqları “Altınordu” matçına da toxunub:

“Doğrudu, avqustun 13-də ilk tur keçiriləcək. Bizim də ilk turdakı rəqibimiz “Altınordu”du. Amma indidən hələ həmin oyun haqda danışmaq tezdi. Biz indi hazırlıq mərhələsi barədə düşünürük. Birinci liqada məqsədimiz bəllidi. Öncə yaxşı kollektiv formalaşdırmaq, daha sonra yüksək yerlər uğrunda mübarizə aparmaqdı”.

İsgəndərli, Ankarada özü üçün kirayə qalacağı evləri gözdən keçirdiyini də söyləyib: “Hələ ki, ev tutmamışam. Toplanış sona çatandan sonra ev tutacam. Amma belə, evlərə baxıram. Tək qalacam, ancaq ailəm də gələ bilər yanıma. Ankarada cəmi 2 gün olmuşam. Çünki ancaq toplanışda olduq, məşqlər başladı. Bir aya yaxındı ki, buradayam. Türkiyəyə öyrəşmək çətin olmaz”. (Sportal)

Oxşar xəbərlər

"Zədələr də futbolun bir hissəsidir" - Eddi İsrafilov
“Azərbaycanda özümü çox yaxşı hiss edirəm” - AÇIQLAMA
"İsrail çempionatı bizim liqadan güclüdür" - Şahruddin Məhəmmədəliyev
"Özümü Avropa çempionu kimi hiss edirəm" - Turan Bayramov
Ürfan Abbasov: Vətənə baş çəkib, qayıtdıqdan sonra... Müdafiəçi nədən razıdır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər