Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Elşad Quliyev:"Nə qədər onlar var, bizə yer olmayacaq..."- VİDEO
Yanvarın 17-də "Futsal time" verilişi növbəti dəfə idmansevərlərin görüşünə gəlib.
SPORTFM-dən canlı yayımlanan verilişdə aparıcı Araz Əhmədovla yanaşı, Yüksək liqada yarışan "Yasamal" klubunun meneceri Bəxtiyar Baxışov, 1-ci liqada mübarizə aparan "Hell Energy” klubunun üzvü Turxan Quliyev və "Marafon"un təcrübəli futzalçısı Elşad Quliyev iştirak edib.
Verilişdə "Araz"a və yığma komandamıza kütləvi şəkildə cəlb edilən legionerlərin durumu geniş müzakirə olunub.
Canlı yayım zamanı futzal yığmamızın baş məqşçisinin postunu tərk etməsi, Qazaxıstan yığmasına vaxtilə Azərbaycanda çalışan mütəxəssisin təyinatı haqqında fikirlər bildirilib.
Qeyd edək ki, "Futsal time" proqramı hər həftənin cümə axşamı saat 17:00-da SPORTFM kanalında canlı yayımda efirə gedir. SPORTFM kanalı Myvideo Smart Box, Myvideo.az portalı və Sportfm.az və Milli.az saytları vasitəsilə yayımlanır.
Verilişin 1-ci hissəsi
Verilişin 2-ci hissəsi
Oxşar xəbərlər
"Futzala baxan var, sadəcə göstərən yoxdur" - VİDEO
"Onlar oynamayacaqsa, toplanışa cəlb etmək nəyə lazımdır?" - VİDEO
"Azərbaycan yığmasında niyə belədir, başa düşə bilmirəm!" - VİDEO
Canlı yayımda yığmamızın baş məqşçisinin istefa verdiyi məlum oldu - VİDEO
"Belə şəraitdə oynamaq olmaz"....baş məşqçinin giley-güzarı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası